“Aİ-nin Ermənistanda missiyasının fəaliyyətə başlaması postsovet məkanında öz yerini tutmaq cəhdidir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın Aİ-dəki səfiri Kirill Loqvinov deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş Ermənistan-Azərbaycan normallaşmasının nəticələrindən sui-istifadə edir.
O, daha sonra bildirib ki, oxşar “xoş niyyətlər” Avropa İttifaqını Moldovaya sürükləyir. Mövcud məlumata görə, Brüssel öz mülki missiyasını burada da yerləşdirməyi planlaşdırır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
