Bolqarıstanın “Lüdoqorets” klubu Avropa Liqasının oyunu üçün İtaliyaya yollanıb.
KONKRET.az xəbər verir ki, Razqrad təmsilçisi matçın baş tutacağı Milan şəhərinə çatarkən maska və əlcəklərdə olublar.
Bununla bolqarıstanlılar koronovirusdan qorunmağa çalışdıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, İtaliyada koronavirus yayıldığından 1/16 final mərhələsinin cavab oyunu tamaşaçılarsız keçiriləcək. Bu komandaların ilk matçında Milan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
