Luiziana ştatında H5N1 quş qripindən ilk insan ölümü qeydə alınıbbackend

Luiziana ştatında H5N1 quş qripindən ilk insan ölümü qeydə alınıb

ABŞ-nin Luiziana ştatının  səhiyyə departamentinin saytında verilən məlumata görə, H5N1 quş qripindən ilk insan ölümü qeydə alınıb.

KONKRET.az xəbər verir ki,  xəstənin yaşı 65-dən yuxarı olub və əvvəllər başqa xəstəliklərdən də əziyyət çəkib. Luiziana Səhiyyə Departamenti bu hadisənin ştatda yeganə hal olduğunu bildirib. Həmçinin  H5N1 virusunun sakinlər arasında yayılma riskinin aşağı olduğu vurğulanıb. Bu virus quşların kəskin yoluxucu xəstəliyidir və  həzm və tənəffüs orqanlarının zədələnməsi, eləcə də yüksək ölüm göstəricisi ilə xarakterizə olunur. Quş qripi virusunun təbii daşıyıcısı köçəri quşlar, əsasən çöl ördəkləridir ki, onlar ev heyvanlarından fərqli olaraq virusa davamlıdırlar. Xəstəlik insanlara keçə bilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*