Lukaşenko Polşadan ”qovulan” sabiq səfiri Azərbaycana göndərdi – FOTObackend

Lukaşenko Polşadan "qovulan" sabiq səfiri Azərbaycana göndərdi - FOTO

Belarusun Polşadakı keçmiş səfiri Vladimir Çuşevə yeni vəzifə verilib. Belarus hökumətinin qərarı ilə o, Belarusun Azərbaycandakı səfirliyinin müşaviri təyin edilib.

KONKRET.az xatırladır ki, Vladimir Çuşev 2019-cu ilin martından Belarusun Polşadakı səfiri vəzifəsində çalışıb. 2020-ci ilin oktyabrında Polşa və Belarus öz səfirlərini qarşılıqlı olaraq geri çağırıblar: Polşanın Belarusdakı səfiri Artur Mixalski, həmçinin Belarusun Polşadakı səfiri Vladimir Çuşev “məsləhətləşmələr üçün” öz vətənlərinə gəlib.

Bu, 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkələr arasında münasibətlərin kəskinləşməsi fonunda baş verib.

 

 

 

 

 

 

KONKRET.az,

Roman Göytürk

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*