“Prezidentlikdən doydum”.
KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko vətəndaş cəmiyyətinin inkişafı, partiyaların və ictimai birliklərin işi ilə bağlı keçirilən müşavirədə deyib.
O bildirib ki, dövlət başçısı postunu saxlamır və hakimiyyəti saxlamaq məqsədi güdmür.
Lukaşenkonun fikrincə, o, dəyişdirilmiş Konstitusiyaya dövlət başçısının birbaşa seçkilərinin ləğvi ilə bağlı təklif verməkdən imtina etməyib. Çünki onu dərhal xalqdan qorxmaqda və kreslosunu saxlamağa çalışmaqda ittiham edəcəklər.
“Onlar ittiham etməyə başlayacaqlar ki, mən öz adamlarımı toplayacağam və məni yenidən prezident seçəcəklər. Mənim heç vaxt belə bir məqsədim olmayıb. Xeyr, heç vaxt olmayacaq. Mən artıq prezidentlikdən bezmişəm. Necə deyərlər, hakimiyyəti saxlamaq mənim əsas vəzifəm deyil. Belə bir problem ümumiyyətlə yoxdur. Bu, sizi daha çox narahat etməlidir”, – deyə Belarus Prezidenti izah edib.
Xuraman Etibarlı,
KONKRET.az
