Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin 9 May Qələbə paradına Rusiya paytaxtına gəlmək təklifini qəbul edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti”yə RF-nin Minskdəki səfiri Dmitri Mezentsev verib. Səfir qeyd edib ki, Lukaşenko dəvəti qəbul edib və 9 May 2020-ci ildə Moskvada keçiriləcək təntənəli tədbirdə iştirak etməyi planlaşdırır. 2019-cu ildə Lukaşenko Moskvada Qələbə paradında olmamasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, burada heç bir siyasət və konspirologiya yox idi.
KONKRET.az
