Lukaşenko xokkey oyunu zamanı üzündən ZƏRBƏ ALDI – FOTO/VİDEObackend

Lukaşenko xokkey oyunu zamanı üzündən ZƏRBƏ ALDI - FOTO/VİDEO

Lukaşenkonun xokkey oyunu zamanı üzünə çubuqla zərbə endirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Lukaşenko tərəfdarı olan “Pul Pervogo” Teleqram kanalı hadisənin videosunu dərc edərək məlumat yayıb.

Bu gün Minskdə keçirilən xokkey matçında Belarus Prezidenti Aleksandr Lukaşenkonun üzünə xokkey çubuğu ilə zərbə endirilib.

İnsident Lukaşenkonun komandası ilə Minsk vilayətinin komandası arasında keçirilən oyunda baş verib.

“Üst-off dairəsində 01-də şayba var idi. O, 7 nömrəli, Minsk vilayəti komandasının oyunçusunu çubuqla vuraraq şaybanı götürmək istəyirdi, Oyunçu çubuqunu kəskin şəkildə yan tərəfə götürdü, lakin 7 nömrə 01-in çubuğuna deyil, üzünə dəydi”, – mesajda deyilir.

Müəlliflər əlavə ediblər ki, prezidenti vuran oyunçu “yaxşıdır”. Hadisədən sonra Lukaşenko çənəsinə və yanağına sarğı taxaraq meydanı tərk edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*