Belarusda prezidentin şəxsi həkimi də daxil olmaqla 35 nəfər rüşvətə görə saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus DTK məlumat verib. Ortoped-travmatoloqların işi üzrə həbslər 2018-ci ildə başlayıb. DTK-nın məlumatına görə, həkimlər xarici məhsulları tanıtmaq və insanlara xarici ortopedik materialları satmaq üçün xarici firmaların nümayəndələrindən rüşvət alıblar. Çox sayda evdən külli miqdarda pul müsadirə edilib.
Saxlanılanlar arasında Belarus Respublikası Prezidentinin həkimi də var. Lukaşenko həkimə görə, xahiş etməyib. Sadəcə olaraq Səhiyyə Nazirliyinin rəhbərinə istintaq təcridxanasına getməyi və mütəxəssisləri “zəminə” götürməyi tapşırıb.
Xuraman Etibarlı,
KONKRET.az
