“M-2 dövlətlərarası magistral yolu tamamilə Azərbaycanın nəzarətindədir” – Akopyanbackend

"M-2 dövlətlərarası magistral yolu tamamilə Azərbaycanın nəzarətindədir" -  Akopyan

M-2 dövlətlərarası magistral yolu hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Milli Assambleyanın müxalif “Ermənistan” fraksiyasından deputatı Vahe Akopyan bildirib. Deputat bağlı olan yolda gömrük postunun nəyə lazım olduğunu deyib.

“Gorus-Qafan yolu bağlıdır, yolun Azərbaycanın nəzarətində olan hissəsində artıq yanacaqdoldurma məntəqəsi quraşdırılıb. Bu kontekstdə Ermənistanın rəsmi strukturlarının gömrük və sərhəd məntəqələrinin bu ərazilərdə “güzgülü” quraşdırılması ilə bağlı açıqlamaları qəribə görünür”, – deyə deputat qeyd edib.

İşxanasar kəndindəki vəziyyətlə bağlı sualı cavablandıran Akopyan qeyd edib ki, Azərbaycan əsgərlərinin bu kənddən çıxarılması barədə məlumatı yoxdur.

“Ola bilsin ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar onlar sadəcə olaraq öz istehkam yerlərinə çəkiliblər”, – deyə Akopyan bildirib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*