“Macarıstan öz ərazisindən Ukraynaya silah tranzitinə icazə verməyəcək” – XİN rəhbəribackend

"Macarıstan öz ərazisindən Ukraynaya silah tranzitinə icazə verməyəcək" - XİN rəhbəri

“Macarıstan hakimiyyəti Ukraynaya heç bir hərbi yardım etməyəcək. Üstəlik, öz ərazisindən Ukraynaya ölümcül silahların tədarükünə də icazə verməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto ötən gün Kosovonun Xarici İşlər naziri Donika Gervalla ilə görüşdən sonra deyib.

Macar nazir onu da əlavə edib ki: “Bu qərarın səbəbi təchizatların hərbi əməliyyat obyektinə çevrilə bilmə ehtimalıdır. Və biz Macarıstanın təhlükəsizliyini təmin etmək üçün lazım gələn bütün addımları atmalıyıq”.

 

Lətif.A,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*