Macarıstan Rusiyaya qarşı yeni, 13-cü Avropa sanksiyaları paketinin qəbuluna mane olub.
KONKRET.az xəbər verir ki, Avropa İttifaqı doqquz gün ərzində, fevralın 24-də, Ukraynada genişmiqyaslı döyüşlərin başlamasının ikinci ildönümündə əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırırdı.
Digərləri ilə yanaşı, üç Çin və bir Hindistan şirkətinə qarşı sanksiyalar da planlaşdırılır.
Beləliklə, ilk dəfə olaraq Çin və Hindistandakı biznes qurumları Rusiyaya qarşı sanksiyalardan zərər çəkəcək. Digər şirkətlər Şri-Lanka, Türkiyə, Tayland, Serbiya və Qazaxıstandandır. Avropa Birliyi bu günə qədər Çinə qarşı sanksiyalardan çəkinib. Buna qismən də Almaniyanın Rusiyaya yardım etməkdə şübhəli bilinən üçüncü ölkələrə məhdudiyyətlərə qarşı çıxması səbəb olub.
Fevralın 14-də keçirilən iclasda buna qarşı yalnız Macarıstan nümayəndələri çıxıblar. Macarıstan nümayəndəsi təkliflərin məzmununu təhlil etmək üçün vaxt istəyib.
Rusiya hakimiyyəti isə beynəlxalq sanksiyaların ləğvini tələb edir.
Ariz Həsənoğlu,
KONKRET.az
