backend

Magistraturaya qəbul prosesi sadələşdirilir - Nazirdən açıqlama

“Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələsinin keçirilməsi ilə əlaqədar ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb”.

KONKRET.AZ xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, magistratura səviyyəsində qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün müzakirələr də artıq yekunlaşıb: “Hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*