Mahir Emreli Xorvatiya çempionu oldubackend

Mahir Emreli Xorvatiya çempionu oldu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olub.

KONKRET.az-ın məlumatına görə, bu, XXXV turda səfərdə “Şibenik” üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran “Dinamo” ən yaxın izləyicisi “Hayduk”u 4 xal geridə qoyub.

Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*