Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov AFFA-da çalışa bilər.
KONKRET.az bildirir ki, Mahmud Qurbanova inzibatı vəzifələrdən biri həvalə edilə bilər.
Təcrübəli mütəxəssis uzun zaman baş məşqçi kimi fəaliyyət göstərib. O, “Kəpəz”, Azərbaycan milli komandası, “Neftçi-2” klublarında məşqçi və baş məşqçi olub.
Qeyd edək ki, mütəxəssisin son iş yeri “Səbail” komandası olub. /news24.az/