Makron Avropada yeni təşkilat yaratmağa ÇAĞIRDIbackend

Makron Avropada yeni təşkilat yaratmağa ÇAĞIRDI

Fransa Prezidenti Emmanuel Makron Ukrayna kimi Avropa İttifaqı (Aİ) ilə eyni dəyərləri paylaşan ölkələrin “Avropa siyasi cəmiyyəti” adlı təşkilatda birləşməsini təklif edib.

KONKRET.az xəbər verir ki, o, Britaniya, Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrin bu təşkilata üzv olmasının vacibliyini vurğulayıb.

“Yeni təşkilat dəyərlərimizə sadiq olan demokratik Avropa dövlətlərinə təhlükəsizlik, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün yeni məkan tapmaq imkanı verəcək, – deyə Fransa Prezidenti qeyd edib.

Makron irəli sürdüyü təklifin Avropa İttifaqının qurumlarına təqdim edildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*