Makron imkan versəydi, “Fransız xalqı kef edir”di – Azərbaycandakı səfirlə VİDAbackend

Makron imkan versəydi, "Fransız xalqı kef edir"di - Azərbaycandakı səfirlə VİDA

“Fransanın Azərbaycandakı səfiri kimi missiyam dünən rəsmən başa çatdı. Bu, tarixi bir zamanda böyük təcrübə idi. Azərbaycanda qazandığım bir çox dostlara minnətdaram və yeni səfir Anne Boillona uğurlar arzulayıram. Mən əminəm ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olmayın”.

KONKRET.az xəbər verir ki, bu sözlər Fransanın Azərbaycandakı sabiq səfiri Zakari Qrossa məxsusdur. Onun açıqlamasının son hissəsi diqqətimizi çəkdi.

“Mən əminəm ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olmayın”.

İrəvanla Bakının sülhə nail olması iki dəfə Qarabağ müharibəsi görmüş tərəflərin danışıqlarında normal ölkənin vasitəçiliyidir. Başımızdan atdığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya ermənipərəst mövqelərindən dolayı yararsız olduqlarını isbatladılar. Elə indi də sülhü əngəlləyən gorbagor həmsədrlərdən ikisidir:

1. Rusiya Qarabağdakı hərbi mövcudluğunu sığortalamaq üçün Ermənistanla Azərbaycan arasında sülhə mane olur;

2. Fransanın makronluq etməsi də sülh prosesini əngəlləyir;

3. Hazırda Ağ Evin sülh təklifi daha çox gündəmdədir. Sadəcə, onun da Versal-Kreml əmması mövcuddur;

Zakarinin “heç vaxt təslim olmayın” məsləhətinə gəlincə, Azərbaycan inadla irəliləyir və təslim olmaq fikri yoxdur. Çünki haqq savaşı aparırıq. Həm də yaşla əcələ təslim olan aslanın da, canavarın da üstünü milçək-böcək bürüyür. Biz Fransa ilə Ermənistana belə bir fürsət vermərik. Ümumiyyətlə, Makronun paşinyanlığı Fransanın gələcək böhranlarını qaçılmaz edir. Amma vaxt var idi ki, “Şərikli çörək” filmində deyildiyi kimi “fransız xalqı kef edir”di.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*