Makron Rusiya-Ukrayna münaqişəsinin uzanacağını anons etməklə nə demək istəyir – ŞOK TƏFƏRRÜATbackend

Makron Rusiya-Ukrayna münaqişəsinin uzanacağını anons etməklə nə demək istəyir - ŞOK TƏFƏRRÜAT

Sivilizasiya Üçüncü Dünya Müharibəsinə hamilədir. Şərqdən Qərbə, Şimaldan Cənuba hər yer qan qoxuyur. Böyük dövlətlərin “böyük” başbilənləri də ac qurd kimi aldıqları qan qoxusuna qarşı ehtirasla, iştahla “uçurlar”.

Rusiya – Ukrayna münaqişəsinin şokundan ayılmayan sivilizasiya bu səhər belə bir xəbər də eşitdi: “Rusiya Polşaya hücum etməyə hazırlaşır”.

Bu informasiya feyk olsa belə çox qorxuludur. İnsanlarda ciddi mənfi asossiasiya yaradır. Çünki Rusiyanın Ukraynadan sonra üçüncü bir dövlətə qarşı savaş açması artıq yeni dünya savaşının başlanğıcı deməkdir…

Müharibə bütün hallarda nifrətlə damğalanır, lənətlənir. Amma müharibə həm də kimlər üçünsə biznesdir, yeni gəlir sahələridir. Ona görə də müharibənin olmasını daha çox böyük dövlətlər arzulayıb. Çünki böyük dövlətlər məğlub tərəfdən xeyli pay tutur. Üstəlik, özünün istehsal etdiyi və sata bilmədiyi qırğın silahlarını müharibə edən tərəflərə çox asanlıqla və yüksək qiymətə sırıya bilir. Ona görə də Rusiya-Ukrayna müharibəsi ABŞ, Qərb dövlətləri üçün iqtisadi dividenddir. Məlumdur ki, nə ABŞ, nə fransız, nə də ki, alman əsgəri gəlib Ukraynada ruslara qarşı vuruşmayacaq. Amma bu müharibənin uzanması adını çəkdiyim və çəkmədiyim dövlətlərin sırf kommersiya maraqlarına uyğundur.

Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron bu səhər yuxudan ala-kal oyanaraq bəyan etdi ki, “Bu səhər sizə sadəcə bir şeyi deyə bilərəm, bu müharibə uzun müddət davam edəcək… Bu böhran davam edəcək, bu müharibə davam edəcək və bütün bunların uzunmüddətli nəticələri olacaq”.

Adama (adama- Makrona yox) deyərlər ki, “ay arvadından və dədəsindən bixəbər, bu məlumat səndə hardandır? Nə bilirsən ki, Rusiya-Ukrayna münaqişəsi illərlə uzanacaq?”

Deməli, müharibənin uzanması digər dövlətlər kimi Fransanın da maraqlarına uyğundur. Uyğun olmasa idi fermerlərə üz tutub deməzdi ki, “Biz uzunmüddətli və dayanıqlılı planı hazırlamalıyıq…”. Çünki Fransa həm Rusiyadan, həm də Ukraynadan böyük çəkidə ərzaq və digər məhsulları idxal edir. Makron da bu sayıqlaması ilə onu demək istəyir ki, idxalı azaldaq, yerli istehsalı artıraq, üstəlik müharibə tərəflərinin dünya bazarındakı payına sahib çıxaq.

Bax, məsələnin əsas məğzi budur. Yəni “dava yorğan davasıdır”. Ukraynada münaqişə zamanı ölən günahsız uşaqlar, qadınlar və qocalar nə Makronu, nə Baydeni, nə də ki, Consonu narahat etmir. O qırılan insanların heç biri bu şərəfsiz liderlərin heç eloktoratı belə deyillər. Baxmayaraq ki, onlar heç öz elektoratlarının belə qayğısına düz əməlli qalmırlar. Ondakı qalmışdı Ukraynada tələf olan yüzlərlə günahsız insan olsun.

Bəli, bu gün Rusiya-Ukrayna münaqişəsində Putin və Zelenski qədər Baydenin, Makronun, Consonun və digər aparıcı dünya dövlətlərinin liderlərinin günahı var. Çünki hər iki tərəfi açıq müharibəyə məhz o liderlər sürüklədi. İndi də öz əsərlərinə ləzzətlə baxaraq qabağa düşəcəkləri “summa”nı hesablayırlar.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*