Makron üçüncü dəfə prezident olmaq istəyir, konstitusiya qadağasını təhqir edir – Qapalı söhbətlər üzə çıxdıbackend

Makron üçüncü dəfə prezident olmaq istəyir, konstitusiya qadağasını təhqir edir – Qapalı söhbətlər üzə çıxdı

Fransa Prezidenti Emmanuel Makronun üçüncü dəfə prezidentliyə namizəd ola bilməməsindən narazı olduğu bildirilir.

KONKRET.az xəbər verir ki, “Paris Match” nəşrinin məlumatına görə, Makron son vaxtlar qapalı söhbətlərdə üçüncü müddətə namizədliyini irəli sürməsinin mümkünsüzlüyünü getdikcə daha çox tənqid edir və bu qadağanı “lənətə gəlmiş absurd” adlandırır.

Fransa prezident administrasiyasındakı mənbə nəşrə bildirib ki, Makronun davranışlarında hakimiyyətdən getmək perspektivini qəbul etmədiyi təəssüratı yaranır.

“Özü haqqında elə danışmağa başlayıb ki, sanki ölümsüzdür. Görünür, gələn il gedəcəyi onun ağlına belə gəlmir”, – mənbə bildirib.

Fransa Konstitusiyasına əsasən, prezident ardıcıl olaraq iki müddətdən artıq bu vəzifəni tuta bilməz. Makron ilk dəfə 2017-ci ildə prezident seçilib, 2022-ci ildə isə ikinci müddətə mandat qazanıb.

Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır və mövcud konstitusiya qaydalarına görə, Makron həmin seçkilərdə ardıcıl üçüncü müddət üçün namizəd ola bilməz.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*