“Makunts Nikolun bütün ailə sirlərini bilir” – Aram Qabrelyanovbackend

"Makunts Nikolun bütün ailə sirlərini bilir" - Aram Qabrelyanov

Lilit Makuntsun ABŞ və Vladimir Karapetyanın isə Ukraynaya səfir təyin edilməsi Ermənistanı çalxalayıb. Hətta Paşinyanın tərəfdarları bu təyinatları təəccüblə qarşılayıblar.

“Makunts Nikolun bütün ailə sirlərini və Anna Akopyanın ən yaxın dostu olaraq onun haqqında hər şeyi bilir. Filmlərdə çoxbilmiş qadınların monastra rahibə göndərildiyi kimi Paşinyan da Makuntsu uzaq ABŞ-a göndərir”.  

KONKRET.az xəbər verir ki, bu sözləri erməni media maqnatı Aram Qabrelyanov özünün facebook səhifəsində yazıb.

O əlavə edib ki, “Vladimir Karapetyan isə vaxtilə Nikolu gizlədən adamdır. Karapetyan, təbii olaraq, Nikolun MI 6 ilə olan bütün gizli əlaqələrini bilir. Ona görə də Paşinyan Karapetyana vəzifə verməklə onu susdurmaq istəyir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*