Manaf Ağayev: “Ay bədbəxt, “paçka”larla pul görmüşəm” – VİDEObackend

Manaf Ağayev: “Ay bədbəxt, “paçka”larla pul görmüşəm” - VİDEO

Müğənni Manaf Ağayev sosial şəbəkədə yayılan videosuna aydınlıq gətirib.

KONKRET.az Olay-a istinadən xəbər verir ki, o, Şamaxı toyunda cibinə “şabaş”lar qoyulmasını tənqid edənlərə cavab verib:

“Haqqımda xoşagəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manata ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir, o pulu cibimə qoyur. Ay bədbəxt, mən “paçka”larla pul görmüşəm. Başıma o qədər pul yağdıran olub ki,.. 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, “halal olsun, o boyda toyu mikrofonsuz idarə etmisən”.

“Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim, nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pullar deyil ki,.. Rayon yeridir də, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir”, – müğənni deyib.

  • Səhər Vəlibəyovə
    May 28, 2023 - 16:04

    Bəs hânsi xeyriyyəçilik etmisən?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*