“Mançester Yunayted” baş məşqçisi Erik ten Haqla yollarını ayıra bilər.
KONKRET.az xəbər verir ki, niderlandlı mütəxəssisin klubundakı gələcəyini Avropa Liqasında “Porto” və Premyer Liqada “Aston Villa” ilə qarşıdakı matçlar müəyyənləşdirəcək.
Belə ki, baş məşqçinin istefaya göndərilməsi ehtimalı yüksəkdir. İngiltərə klubu Premyer Liqada 6 turdan cəmi 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Etik Ten Haq 2022-ci il iyulun 1-dən “Mançester Yunayted”i çalışdırır.
Natiq Səlim,
KONKRET.az