Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə çoxtərəfli əməkdaşlıq departamentinin direktoru Qriqori Lukyantsev xaricə səfər edən vətəndaşlarını ABŞ-ın üçüncü ölkələr vasitəsilə ekstradisiya tələbləri ilə bağlı mümkün riskləri nəzərə almağa çağırıb.
Onun sözlərinə görə, bir çox ölkələr, o cümlədən Avropa İttifaqı xaricində də müxtəlif dövlətlərlə ekstradisiya öhdəliklərinə malikdir və bu faktor xaricə səfər zamanı qiymətləndirilməlidir.
KONKRET.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata əsasən, ABŞ-ın sorğuları üzrə Rusiya vətəndaşlarının saxlanılması riski “yüksək” hesab edilən ölkələr sırasında Avropanın böyük hissəsi, Latın Amerikası ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş yer alır.
Nazirlik qeyd edir ki, bu siyahı ABŞ ilə ekstradisiya sazişləri olan bütün ölkələri tam əhatə etmir.
Müşviq Tofiqoğlu
KONKRET.az
