“Mançester Yunayted” səfərdə məğlub oldubackend

"Mançester Yunayted" səfərdə məğlub oldu

İngiltərə Premyer Liqasının ikinci turunun açılış matçında “Brayton” doğma meydanda “Mançester Yunayted”ə qalib gəlib.

KONKRET.az xəbər verir ki, oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə “Brayton”un ingilis hücumçusu Denni Uelbek hesabı açıb. Hollandiyalı Erik ten Haaqın rəhbərlik etdiyi komandanın cavab qolunu Fil-Divuarlı hücumçu Amad Diallo vurub.

“Brayton”un qələbə qolunu oyuna əlavə olunmuş 5-ci dəqiqədə braziliyalı hücumçu Joao Pedro vurub.

“Brayton” 6 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” 3 xalla 8-cidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*