Manukyan: Rusiyasız ordumuzu bərpa edə bilməyəcəyikbackend

Manukyan: Rusiyasız ordumuzu bərpa edə bilməyəcəyik

Rusiya köməyi olmadan Ermənistan ordusu öz döyüş qabiliyyətini bərpa edə bilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.

“Bu regionun əsas oyunçuları Türkiyə və Rusiyadır. Ankaranın artıq Gürcüstana böyük təsiri var. Türkiyə Azərbaycana güclü təsir göstərir. Hazırkı şəraitdə əgər biz Türkiyə ilə gələcəyimizi bağlasaq, o zaman məhvə məhkum olacağıq. Ona görə də Ermənistan üçün Rusiyanın rolu heç vaxt olmadığı qədər vacibdir”, – deyə o bildirib.

O, Moskvanın Türkiyəyə görə Ermənistanın maraqlarını qurban verəcəyinə inanmadığını deyib:

“Sürətlə dəyişən regionda Rusiya minimum 5 il bizim stabil təhlükəsizlik qarantımız və müttəfiqimizdir. Rusiyasız biz ordumuzu bərpa edə bilməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*