Manukyana qarşı Marukyan: Ermənistan müxalifəti parçalanırbackend

Manukyana qarşı Marukyan: Ermənistan müxalifəti parçalanır

“Maariflənmiş Ermənistan” partiyası Vazgen Manukyanı dəstəkləmir. Paşinyanın istefasından sonra yaradılacaq keçid hökumətinin başçısı vəzifəsinə partiyanın öz namizədi var: Edmond Marukyan. Bu isə birləşmiş müxalifətin vahid namizəd məsələsində ilk və ciddi fikir ayrılığıdır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumatda deyilir ki, “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyana görə, mövcud hökumət altı ay ərzində istefa edəcək. Qeyd edək ki, eyni fikri “Çiçəklənən Ermənistan”dan olan millət vəkilləri İveta Tonoyan və Arman Abovyan da səsləndiriblər. Ona görə Vazgen Manukyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin hakimiyyətə gətirilməsi, daha sonra bir il ərzində erkən seçki keçirilməsi barədə təklifi bəzi siyasi qüvvələrin maraqlarına uyğun gəlmir. Məhz bu baxımdan hadisələri sürətləndirmək üçün təşkilat öz rəhbərlərini, yəni Edmond Marukyanı Baş nazir postuna namizəd olaraq irəli sürmək istəyir. Öz növbəsində “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan fikir müxtəlifliyində pis bir şey görmədiyini qeyd edib. “Parlament ölkəsində hər kəs öz fikrini demək hüququna malikdir. Bu səbəbdən Vanqa roluna girmək və indi nə olacağını proqnozlaşdırmaq istəmirəm”, – deyə Abovyan bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*