Mariupol – Müqəddəs Məryəm şəhəri, şəhidlər şəhəridir. Roma Papası Fransisk bir müddət əvvəl Mariupolu “şəhidlər şəhəri” adlandırıb.
Şəhər humanitar fəlakətin və dinc əhalinin soyqırımı ilə üzləşib. İkinci Dünya Müharibəsindən bəri bu miqyasda fəlakət görünməyib.
Rəsmi məlumatlara görə, şəhərin atəşi tutulmasından bəri 7000, qeyri-rəsmi olaraq 20.000 dinc sakin həlak olub. Yaralıların sayı həddindən artıq çoxdur. İnsanlar fasiləsiz atəşlər altındadır, onlar boş torpaqlarda, parklarda, kütləvi məzarlıqlarda basdırılır. Qəbiristanlıqlarda artıq yer yoxdur. Mülki əhalinin meyitləri açıq havada qalıb.
İşğalçı qoşunlar şəhərə giriş-çıxış və şəhər əhalisindən canlı qalxan kimi istifadə etmək üçün bütün yolları bağlayıb.
Mariupol faciəsi Putinin Ukraynanı bir dövlət, ukraynalıları isə xalq olaraq tamamilə məhv etmək planlarının sübutudur. Əgər onun planlarının həyata keçirilməsinə maneə yaradılmasa, növbədə Avropanın istənilən ölkəsi ola bilər.


Demokrat.az
