Mariupolda 50 nəfər diri-diri YANDIbackend

Mariupolda 50 nəfər diri-diri YANDI

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

“Bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir”, – məlumatda deyilir.

Şəhər meri Vadim Boyçenko bildirib ki, yaxın vaxtlara qədər inkişafın simvolu olan Mariupol indi demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhər infrastrukturunun 90%-dən çoxu yerlə-yeksan edilib.

Hazırda Mariupol Şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*