Rusiya hər zaman böhranlı anlarda Avropanın köməyinə gəlib.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova deyib. “Avropal tərəfdaşlarımızı nə zaman xəyal qırıqlığına uğratdıq? On illər boyunca biz resurslar təklif etdik, on illər ərzində etibarlı tərəfdaş olduq. Ona görə də suallar onlara ünvanlanmalıdır”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov avropalı partnyorların qarşılıqlı hörmətə söykənən dialoqa ehtiyat duymadıqlarına görə, əlaqələri kəsmək məcburiyyətində qalacaqlarını söyləmişdi.