Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdəbackend

Martın 12-də qaz kəsiləcək - Bu ərazilərdə

Martın 12-də saat 10:00-dan etibarən Masallı rayonunun Banbaşı və Yeyənkənd kəndləri daxil olmaqla ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Banbaşı-Yeyənkənd kəndlərini təbii qazla təchiz edən ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılmasıdır.\\Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*