Martirosyan: “Erməni tərəfi Əliyevin nə istədiyini anlamır”backend

Martirosyan: “Erməni tərəfi Əliyevin nə istədiyini anlamır”

“Erməni tərəfi oyunu bilərəkdən səhv başa düşür, başqa sözlə, Əliyevin nə istədiyini anlamır”.

KONKRET.az xəbər verr ki, bunu danışıqlar üzrə erməni ekspert Artur Martirosyan bildirib.

“Biz Əliyevin təkcə ritorikasına deyil, həm də hərəkətlərinə baxmalıyıq. Sadəcə olaraq, erməni tərəfi oyunu bilərəkdən səhv başa düşür, başqa sözlə, qarşı tərəfin nə istədiyini anlamır. Və bu gün biz məhz bu anlaşılmazlığın doğurduğu nəticələri görürük. Yəni Əliyev sülh istəyir, ancaq öz şərtləri ilə”, – Martirosyan qeyd edib.

“Biz “legitimlik” sözünü eşidəndə başa düşürük ki, o, beynəlxalq qlobal qanunlar sistemi olduqda işləyir. Müəyyən dərəcədə bu doğrudur, lakin indi biz Yalta konfransında yaradılmış sistemin tamamilə dağıldığı bir mərhələyə qədəm qoyuruq. Və bu səbəbdən iqtidar və iradə sahibi olan partiyalar diqtə edə və ya istədiklərini ala bilərlər. Əliyev bunu çox aydın başa düşürdü, amma o da başa düşür ki, güc tətbiq etmədən də Paşinyanı ona istədiyini verməyə məcbur edə bilər. Onun danışıqlara yanaşması belədir: sülh istəyirsənsə, ver. Bəziləri deyə bilər ki, Paşinyan Əliyevə cavab verməyəndə diplomatik mövqe tutur, lakin elə vəziyyətlər var ki, onlara sadəcə cavab vermək lazımdır”, – deyə Martirosyan fikrini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*