Masallıda ev yanıb.
KONKRET.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Şərəfə kəndində ümumi sahəsi 250 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, bitişik ümumi sahəsi 180 m² olan talvarın lambirdən ibarət tavanı 6 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
