Masallıda üçəm dünyaya gəldibackend

Masallıda üçəm dünyaya gəldi

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub. Tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın 24.01.2026-cı il tarixində tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

KONKRET.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim-mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.

Məlumata görə, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

(modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*