Maşın təmiri sexində bədbəxt hadisə – Ölən varbackend

Maşın təmiri sexində bədbəxt hadisə - Ölən var

Goranboyda maşın təmiri sexində çalışan usta ehtiyatsızlıq nəticəsində ölüb.

KONKRET.az-ın məlumatına görə, hadisə Xanqərvənd kəndindəki maşın təmiri sexlərindən birində baş verib. Orada usta kimi çalışan 1974-cü il təvəllüdlü kənd sakini Məhərrəmov Tahir Eyyub oğlu ehtiyatsızlıq nəticəsində sürüşüb və sexin təmir quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*