Maşında yatarkən cərimələndi – FOTObackend

Maşında yatarkən cərimələndi - FOTO

Yevlax şəhəri ərazisində dayanma-durma qaydalarını pozan yük avtomobilinin sürücüsü cərimələnib.

KONKRET.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, avtomobilə 20 manat məbləğində cərimə tətbiq olunub.

Maraqlısı budur ki, inzibati xəta elektron formada tətbiq olunarkən yük avtomobilinin içərisində bir nəfər yatırmış.

Elektron sistemdə cərimənin fotoları yüklənərkən həmin şəxsin yatdığı yerdə fotosu da əlavə olunub.

Unikal

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*