Matevosyan: “Bu tezliklə Paşinyanı türk dövlətlərinin sammitində görəcəyik”backend

Matevosyan: "Bu tezliklə Paşinyanı türk dövlətlərinin sammitində görəcəyik"

“İyulun 8-də Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbçilərin iştirakı ilə “Birlestik-2024” regional beynəlxalq təlimlərinin başladığını bilirdinizmi?”.

KONKRET.az xəbər verir ki, bu ritorik sualla erməni siyasətçi, politoloq Benyamin Matevosyan çıxış edib.

O daha sonra fikirlərini belə davam etdirib: “Belə görünür ki, KTMT üzvü olan ölkə öz ərazisində Azərbaycanın da iştirak etdiyi təlimlərə ev sahibliyi edir. 

Fikir verirsinizsə, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının bu yaxınlarda keçirilən qeyri-rəsmi sammitində yuxarıda adı çəkilən Tokayevlə yanaşı, Qırğızıstan Prezidenti Sadır Japarov, eləcə də Macarıstanın Baş naziri Viktor Obran iştirak ediblər. Sadəcə xatırladaq ki, Qırğızıstan KTMT-nin üzvüdür və Ermənistan Macarıstanla diplomatik əlaqələr qurur və Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijyartonun sözlərinə görə, Macarıstan və Ermənistan tezliklə İrəvan və Budapeştdə səfirliklərini açacaq.

Nikol Paşinyanın “Orada hakimiyyət dəyişməyənə qədər Ermənistandan nə Macarıstana, nə də Qırğızıstana bir dənə də olsun rəsmi səfər etməyəcək” ifadəsini eşidən varmı?

Biz bu mövqeni məhz Belarus prezidenti Aleksandr Lukaşenkonun Şuşaya səfərindən sonra, onun azərbaycanpərəst bəyanatları və Minsklə Bakı arasında hərbi-texniki əməkdaşlıq fonunda gördük. Paşinyan faktiki olaraq Belarusla münasibətləri dondurdu və dedi ki, Lukaşenko orada prezident olduğu müddətcə Ermənistandan heç bir məmur Belarusa səfər etməyəcək.

Niyə Qazaxıstan, Qırğızıstan və ya Macarıstanla bağlı eyni şey edilmir?

Məsələn, rəsmi Budapeşt bundan əvvəl Aİ-nin Sülh Fondundan Ermənistana 10 milyon avronun ayrılması layihəsinə veto qoyub, Azərbaycanın da Avropa İttifaqından yardım almasını tələb edib. Nəticədə qərara alınıb ki, Bakının pulu bu fonddan deyil, ayrıca ayrılsın və minatəmizləmə işlərinə yönəlsin.

Cavab göz qabağındadır – Paşinyan nə Ermənistanla, nə də xüsusilə, Qarabağla maraqlanmır…”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*