Matvey Qanapolski: “Paşinyan müharibədə uduzdu, ancaq bu, ermənilərin günahıdır”backend

Matvey Qanapolski: “Paşinyan müharibədə uduzdu, ancaq bu, ermənilərin günahıdır”

“Əsas insanların qorunub saxlanılmasıdır. Düşünürəm ki, emosiyalar sakitləşdikcə, hər şey aydınlaşacaq. Paşinyan müharibəni uduzdu. Amma bu məğlubiyyəti ilə minlərlə erməni oğullarının mənasız yerə ölməyinin qarşısını aldı. Bununla da bir növ erməni genefondunu qorudu, mühafizə etdi”.

KONKRET.az xəbər verir ki, politoloq Matvey Qanapolski bu fikirləri dünən axşam “Exo Moskva” radiosununun efirindən səsləndirib. O əlavə edib ki, “Ermənilər Paşinyanı hələ çox qınayacaqlar. Amma bir müddət sonra ona haqq qazandıracaqlar. Paşinyan hərbi kaputilyasiya hesabına xalqını ölümdən qurtardı. Bir dövlət adamı üçün belə bir məsuliyyətin altına çiyin vermək çox çətindir. Hitler Almaniyasının necə təslim olduğunu xatırlayırsınız? İrəvana qədər döyüşə bilərsən. Qalib və yaxud məğlub olacağını bilməyə-bilməyə. Amma bu yolda on minlərlə insan itiriləcəkdi. Bax, Paşinyan həmən on minlərlə erməninin həyatını qazandı. Müharibənin ilk günündən bəlli oldu ki, Ermənistan döyüşə hazır deyil. Azərbaycansa həm qüvvətlidir, həm də qalib gəlmək əzmindədir. Ermənistanın zəif olması isə 2 il əvvəl hakimiyyətə gəlmiş Paşinyanın günahı deyil. Bu, bütün ermənilərin günahıdır. Ona görə də ermənilər Paşinyanın istefasını tələb etmək əvəzinə bir qədər düşünsələr, pis olmaz”

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*