Maya Sandu Rusiyadan Moldova sərhədlərinə hörmət etməyi TƏLƏB ETDİbackend

Maya Sandu Rusiyadan Moldova sərhədlərinə hörmət etməyi TƏLƏB ETDİ

Moldova Prezidenti Maya Sandu Rusiyadan ölkəsinin sərhədlərinə hörmət etməyi tələb edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə çərşənbə axşamı brifinqdə deyib.

“Rusiya tərəfindən Ukrayna istiqamətində atılan 84 raketdən bəziləri Moldova hava məkanını keçib. Bu, Rusiya silahlı qüvvələri tərəfindən bizim hava məkanımızın kobud şəkildə pozulmasıdır. Biz sərhədlərimizə hörmət edilməsini tələb edirik”, – Sandu bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Rusiya səfiri Oleq Vasnetsov izahat almaq üçün Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə dəvət olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*