Mayda 190 manat belə veriləcək – NAZİR AÇIQLADIbackend

Mayda 190 manat belə veriləcək - NAZİR AÇIQLADI

“May ayı üzrə ödənişlə bağlı vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir, onlar kartlarını əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar”.

KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində birdəfəlik ödəmə proqramından danışarkən deyib.

Onun sözlərinə görə, ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, ondan artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib: “Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırlar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Belə də oldu.

İlk vaxtlar “Məşğulluq” altsistemində işsiz və işaxataran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişləndi və 600 minə çatdırıldı.

Aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda tapşırıq verdi ki, 200 min əvəzinə, 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməlidir.

Birdəfəlik ödəmə üçün bütün müraciətlərin qəbulu, emalı və ödəmə təyin olunub-olunmamasına dair qərarların qəbulu, nəticə barədə vətəndaşların məlumatlandırlması – bütün bu proseslər elektron qaydada, tam şəffaf şəkildə aparıldı. Aprelin 7-də Nazirlər Kabineti tərəfindən müvafiq qərar təsdiq edildikdən və müraciətlərin qəbuluna başlandıqdan 2 gün sonra, aprelin 9-dan birdəfəlik ödənişlərin həyata keçirilməsinə başlandı. Bu proses demək olar ki, bir aydan az bir müddətdə yekunlaşdı və 600 min işsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşa ödəniş olundu”.

  • Oruczade vüsal isgəndər oğlu
    May 6, 2020 - 11:45

    Salam mənim atama mən uşaq olanda torpaq veriblər orda mənimdə adım olub indi artıq mən ayrı yaşayıram iki uşaqım var o torpaqa görə mənə 190 manat vermədilər bu nə qədər düzdüe

  • Sənəm Moluyeva
    May 6, 2020 - 11:52

    Əhalinin sosial müdafiə nazirliyinə bəs mənə niyə 190 man düşmür

  • Veliyeva.leyla
    May 6, 2020 - 12:10

    Salam sizden artiq derecede xais edirem menim yazdigim smsi goresiniz men veliyeva leyla neriman qizi ayrilmisam tek anayam 1 qizim var ve hec yerde islemirem mene neye. 190manat birdefelik odeme dusmedi menim ki adima ev masin yoxdu bidene ayrilmisam yoldasimdan ona gore aliment aliram i alimentide duz emelli vermirler icraciyada deyirik atamin ustune qisqirir bu ne derecede duzgundu biz derdimizi kime deyek xayis edirem bilasuvar rayonunun icracisi her zeng edende atama qisqirir hakki yoxdu qisqirmaga deyir verirde alimenti ancaq nece verir qo deyim 2ayin pulunu 160manat atir ancaq ali mehkeme 160manati bir ay 160manat olmalidi deyir mehkeme tesdiqlediki 160manat usaga aliment kesilsin ancaq hele ne qeder pul odemelidi xayis edirem bu meseleyede aydinlig getiresiniz bide eger 190manat alimemte gore vermirsinizse bu duzgun deyil o verilmelidide aliment ancaq neye bele edirsiniz ki

  • İsmet
    May 6, 2020 - 13:08

    Şükür mən aldım cənab prezident minatdaram

  • Refiqe
    May 6, 2020 - 13:15

    Salam menim hecbir şeyimde yoxdur kirayede qalram 2 aydı işsizem özümde boşamışam 2 uşagım var menede red cavabı gelib sebebsiz red cavabı niye men neynemelyem

  • Huseynova Melahet
    May 6, 2020 - 13:58

    Menimde adima hec bir pay toragi olmadigi halda sms geldi4.1 3 issiz kimi qeydiyata alinmirsiz bu ne demekdi gedirem emlak şöbesineki ver pay torpagimi ekim deyir senin pay torpagin yoxdu ne oyundu

  • Şəhla
    May 6, 2020 - 16:41

    Menm imi evladim var ozumde iwim yoxdu 190 manatda niye imtina gelib mene imkanim olsa muraciet etmezdim

  • Cahid
    May 7, 2020 - 10:40

    Mənim adım məktəbdə rayonda mən maaşı ala bilmirəm bu necə olacaq

  • Elsen Yunusov
    May 7, 2020 - 15:41

    Men hec harda islemirem 190 azende ala bilmemisem dediler vönün var levx eletdirdim bekde 15-16 gun du hele xeber yoxdu ailədə 5 neferik hec birimizde is tapa bilmirik deyirler karantindi

  • …….
    May 7, 2020 - 20:32

    Salam mende issizem .mesqulluq merkezinde issiz kimi qeydiyata dusmusem dunen mene sms gelibki siz azteminatliq meyarina uyqun gelmirsiz bu ne demekdir issiz adam nece olarki esasiz sms versinler hele yoldasima gelibki siz xarici olkede yasayirsan halbuku bu gune qeder xarici olkede olmayib haqsizliq edibler bize biz kasibkarin payina goz dikenler gorum gozunuz cixsin

  • Ceri
    May 7, 2020 - 20:34

    Salam mende issizem .mesqulluq merkezinde issiz kimi qeydiyata dusmusem dunen mene sms gelibki siz azteminatliq meyarina uyqun gelmirsiz bu ne demekdir issiz adam nece olarki esasiz sms versinler hele yoldasima gelibki siz xarici olkede yasayirsan halbuku bu gune qeder xarici olkede olmayib haqsizliq edibler bize biz kasibkarin payina goz dikenler gorum gozunuz cixsin

  • Seymur
    May 10, 2020 - 00:10

    Bu nazirlik bizi qirmaq istəyir hec bir yerde islemediyi halda mene deyrler isleyrsen harda hansi sirkeddi arasdrin insaf yoxdu bu milletdde

  • Zahide
    İyun 19, 2020 - 23:51

    Salam mən aprel ayına olan 190 manatı aldim sonra da ABB gedib kartı götürdüm amma mene MAY AYİNA OLAN 190 manat kocmedi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*