Millətlər Liqasının III turu çərçivəsində A Liqasında mübarizə aparan Avstriya yığması Fransa yığması ilə heç-heçə edib. Oyun 1։1 hesabı ilə başa çatıb.
KONKRET.az xəbər verir ki, fransızlar İngiltərənin “Bristol Siti”sinin hücumçusu Andreas Uaymanın qoluna PSJ-nin hücumçusu Kilian Mbappenin dəqiq zərbəsi ilə cavab verib.
Avstriya 4 xalla ikinci, Fransa 2 xalla turnir cədvəlini qapayır.
Qrupun digər oyununda Xorvatiya millisi Danimarka millisinə minimal hesabla qalib gəlib.
69-cu dəqiqədə yeganə qolu “Atalanta”nın yarımmüdafiəçisi Mario Pasaliç vurub.
Danimarka 6 xalla qrup cədvəlinə başçılıq edir. Xorvatiya 4 xalla üçüncü yerdədir.
Millətlər Liqası, A Liqası, Birinci Qrup, Üçüncü Tur
Avstriya – Fransa – 1:1
Andreas Uayman, 37 – Kilian Mbappe, 83
Danimarka – Xorvatiya – 0:1
Mario Pasaliç, 69
Roman Göytürk,
KONKRET.az
