MEDİA: Hikmət Hacıyevin adından yayılan video yalandırbackend

Hikmət Hacıyevin adından yayılan video yalandır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış axta məzmunlu video reallığı əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.

MEDİA sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*