Ukrayna Silahlı Qüvvələrinin yeni Ali Baş Komandanı, Rusiyada yaşayan Aleksandr Sırskinin valideynləri oğulları ilə münasibətlərini gizlədirlər.
KONKRET.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskinin valideynləri onunla münasibətlərini insanlardan gizlədir və onun karyera təyinatlarını müzakirə etmirlər”, – deyə nəşr yazır.
İddialara görə, Vladimirdə yaşayan Sirski ailəsinin qonşuları valideynlərin Moskvada oxuyan, lakin sonradan Ukraynaya köçən oğulları haqqında heç vaxt danışmadıqlarını bildiriblər.
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskinin qardaşı Oleq onunla ilə uzun müddətdir əlaqə saxlamadığını bildirib. Bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, Oleq Sırski Vladimirdə yaşayır. Onun sözlərinə görə, qardaşı ilə uzun illərdir əlaqə saxlamır.
“Mən onunla ünsiyyət qurmuram, harada olduğunu da bilmirəm. Uzun müddət əvvəl Ukraynaya gedib. Ömrü boyu orda olub, xidmətə orada başlayıb və davam etdirib, ailəsi də var” – deyə Oleq qardaşı haqda deyib.
Burhan,
KONKRET.az