Bakı Kommersiya Məhkəməsində “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin “DN Technologies” MMC-yə qarşı iddiasına baxılıb.
KONKRET.az xəbər verir ki, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddia qismən təmin edilib.
Qeyd: “AMEA Yüksək Texnologiyalar Parkı” MMC “DN Technologies” MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.//Pravda.az
