Türkiyədə qətlə yetirilmiş “Lotu Quli”nin ən sadiq adamlarından olan “Vəhşi Arman” ləqəbli Arman Cumagəldiyevin həbs müddəti daha bir ay, bu il aprelin 7-dək uzadılıb.
KONKRET.az Tengrinews.kz-a istinadən xəbər verir ki, bu barədə Almatı şəhər ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, 39 yaşlı Arman Cumageldiyev 2022-ci il yanvarın 7-də Almatıda saxlanılıb. “Vəhşi Arman” yanvar hadisələri zamanı Almatıda baş vermiş iğtişaşlar zamanı 24 nəfəri oğurlamaqda, habelə qəsbkarlıqda, silah, sursat və partlayıcı qurğular əldə etməkdə ittiham olunur.
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına görə, o, ötən ilin dekabrında xaricdən gəlib və yanvarın 5-6-da iğtişaşlar zamanı Almatıda olub.
İqbal Rzayev,
KONKRET.az
