Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım – FOTObackend

Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü ilə bağlı paylaşım edib. 

KONKRET.az xəbər verir ki, Mehriban Əliyeva fikirlərini “Instagram” hesabında bölüşüb.

“Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!” – paylaşımda deyilir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*