Qazaxıstanın Taraz məhkəməsi 12 yaşlı qızın məktəb tualetində zorlanması barədə qərar çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Tengrinews.kz saytı yayıb. Məhkəmə 38 yaşlı kişini ona qarşı irəli sürülən ittihamlarda təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, məhkuma qarşı kimyəvi kastasiya proseduru həyata keçiriləcək. Həmçinin məhkəmə zərərçəkmiş tərəfə 5 milyon təngə məbləğində mənəvi ziyanın ödənilməsini təyin edib. Xatırladaq ki, 2019-cu ilin noyabrında Tarazın məktəblərindən birində 12 yaşlı qız zorlanıb. Coğrafiya dərsində yeddinci sinif şagirdi tualetə getmək üçün icazə istəyib. Zorlanma hadisəsi də həmin vaxt baş verib. Müşahidə kameralarında cinayətkarın təxminən bir saat məktəb ətrafında dolaşdığı görünür, lakin təhsil müəssisəsinin əməkdaşlarından heç biri şübhəli insana diqqət yetirməyib. Şoka salan hadisədən sonra məktəbin direktorunu, direktor müavinini, müəllimini və mühafizəçini vəzifələrindən azad ediblər.
KONKRET.az
