İsveçin Erebru şəhərində məktəblərdən birində atışma baş verib.
KONKRET.az RBK-ya istinadən xəbər verir ki, nəticədə beş nəfər yaralanıb.
Hadisə yerində polis işləyir, xüsusi əməliyyat aparılır.
İnsidentlə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.
“Erebruda zorakılıq hadisələri haqqında məlumat çox ciddidir. Polis hadisə yerindədir, əməliyyat tam gücü ilə davam edir. Hökumət polis ilə sıx əlaqədədir və hadisələrin gedişatını diqqətlə izləyir”, – deyə İsveçin ədliyyə naziri Gunnar Strömmer STV-yə bildirib.//Report