Məktəbin idman müəllimi “manyak” çıxdı – “Bədənimizə toxunur”backend

Məktəbin idman müəllimi "manyak" çıxdı - "Bədənimizə toxunur"

Rostovda texniki məktəb şagirdləri bədən tərbiyəsi müəlliminin onlara təcavüz etdiyi iddiası ilə çıxış ediblər.

KONKRET.az kp.ru-ya istinadən xəbər verir ki, 15 qız direktora verdikləri bəyanatda müəllimlərinin onlara xüsusi diqqət yetirdiyini söyləyib. Qızlar müəllimin daimi olaraq onların ayaqlarına, qollarına və ombalarına toxunduğunu iddia ediblər. Xüsusi əmrlə müəssisədə komissiya yaradılıb və rəsmi yoxlama aparılıb. Məşqçi isə qızlarla toxunma əlaqəsinin yalnız gimnastika dərsləri çərçivəsində olduğunu izah edib.

Yoxlama gedişində müəllim vəzifəsindən uzaqlaşdırılıb. Hüquq-mühafizə orqanları da vəziyyəti araşdırır.

Bədən tərbiyəsi müəlliminin əvvəllər polisdə çalışdığı və xidməti polkovnik-leytenant rütbəsi ilə tərk etdiyi məlumdur. Onu tanıyanlar barəsində sadiq ər və yaxşı ata kimi danışırlar./milli.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*