Məktəblilər üçün avtobuslar təşkil ediləcək – Nazirdən açıqlamabackend

Məktəblilər üçün avtobuslar təşkil ediləcək - Nazirdən açıqlama

“Düşünürəm ki, birgə səyləmiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq”.

KONKRET.AZ Trend-ə istinadla xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, valideynlərlə keçirilən görüşlərdə məktəblər üçün avtobusların təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

Nazir əlavə edib ki, TN bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlayıb: “Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu ilə bu istiqamətdə işlər aparılır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səyləmiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*