Melitopol şəhərində partlayış BAŞ VERDİbackend

Melitopol şəhərində partlayış BAŞ VERDİ

Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov bildirib.

Onun sözlərinə görə, partlayışın Rusiyaya qarşı çıxmağa hazırlaşan yerli sakinləri qorxutmaq və çəkindirmək məqsədilə törədildiyi ehtimal olunur.

Şəhər meri bildirib ki, partlayışla bağlı dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, bu gün Melitopol şəhərinin də daxil olduğu Zaporejye vilayətində “referendum”un ilk səsverməsi keçirilir.

Məlumat üçün bildirək ki, Kreml işğal altında saxladığı bir sıra ərazilərdə, o cümlədən Donetks, Luqansk və Zaporejye vilayətlərində bu əraziləri Rusiyaya birləşdirmək üçün “referendum” keçirilməsini elan edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*