Melitopolda Bolqarıstan konsulu oğurlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov milli televiziyanın efirində məlumat verib. O bildirib ki, bir neçə saat əvvəl Bolqarıstan konsulunun Melitopolda oğurlandığı məlum olub.
“Ölkə boyu 50-dən çox həmkarım oğurlanıbhazırda 29-u işğalçıların həbsxanasındadır. Fəllara, iş adamlarına gəlincə, bu işğalçılar üçün davamlı təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl məlum olub ki, Melitopolda Bolqarıstanın fəxri konsulu oğurlanıb”, – deyə o qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
